Gözlənilən keçid rəsmiləşdi

19.08.2024 20:09 310
Dünya futbolu
Yussuf Fofananın gözlənilən transferi rəsmiləşib.

“Milan” “Monako”nun gənc futbolçusunu sıralarına cəlb edib. Fransalı yarımmüdafiəçi yeni klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. 24 yaşlı oyunçu “Milan”da “29” nömrəli formanı geyəcək.

Fofana “Monako”da 2020-ci ilin yanvarından oynayırdı. O, “knyazlıq klubun”da 175 oyunda meydana çıxıb, 7 qol vurub və 15 qolun ötürməsini verib.