Çoxdan gözlənilən keçid rəsmiləşib.
“Napoli”dən ayrılan Pyotr Zyelinski “İnter”ə keçib. Milan klubunun mətbuat xidmətinin məlumatına görə, polşalı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Napoli” ilə müqaviləsi qüvvədən düşdüyü üçün 30 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent kimi keçib.
Zyelinski Neapol klubunda 2016-cı ildən çıxış edirdi. O, mavi formada bütün turnirlərində 364 matçda iştirak edib, 51 qol vurub və 46 məhsuldar ötürmə edib.