Millimiz bu gün İsveçlə qarşılaşacaq

10.07.2026 11:47 7
İdman
Bu gün 20 yaşadək oğlanlardan ibarət basketbol millimiz Slovakiyanın Bratislava şəhərində keçirilən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) U-20 Avropa çempionatının B divizionunda mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız A qrupundakı ilk oyununda İsveç seçməsi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

Millimiz qrup mərhələsində Slovakiya, İrlandiya və Şimali Makedoniya yığmaları ilə də qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul