19 yaşadək qadınlardan ibarət millimiz bu gün AÇ-2025-in 2-ci seçmə mərhələsində son oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan yığmamız 3-cü turda Monteneqro ilə qarşılaşacaq. Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.
Millimiz bundan əvvəl Şimali İrlandiyaya (0:4) və Albaniyaya (0:4) məğlub olub. Komandamız hazırda sıfır xalla qrupda sonuncudur.