Millimiz Şimali Makedoniya ilə qarşılaşır

29.11.2025 11:13 5
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Bakı vaxtı ilə saat 13.30-da başlayacaq. Qoran Pandev Məşq Kompleksində keçiriləcək qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

U-19 ilk matçında Sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzmuşdu.