Millimiz Albaniya ilə qarşılaşacaq

5.07.2026 13:11 8
İdman
20 yaşadək qızlardan ibarət millimiz bu gün FIBA U-20 Qadınlar arasında Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Bolqarıstanın Samokov şəhərində Albaniya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21.15-də start götürəcək.

Yığmamız tarixində ilk dəfə bu yaş qrupu üzrə qitə birinciliyində mübarizə aparacaq.

İyulun 12-dək keçiriləcək çempionatda Azərbaycan basketbolçuları Avropanın müxtəlif ölkələrindən olan rəqiblərlə qarşılaşacaq.