“Zəngəzur” Regionlar Kubokunda növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 7-ci qrupda yer alan komandamız 3-cü turda “Karpatians” (Rumıniya) ilə qarşılaşıb. 72-ci dəqiqədə qırmızı vərəqə alan Rövşən Heydərov təmsilçimizi azlıqda qoyub. Matç rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Zəngəzur” 1-ci turda Polşanın “Dolnoşlyonski”, 2-ci turda Türkiyənin "İstanbul" komandalarına uduzub (0:12, 0:5).
Xal durumu: "Dolnoşlyonski" - 9, "İstanbul", "Karpatians" - 4, "Zəngəzur" - 0.
"Zəngəzur" yenə böyük hesabla uduzdu
Ölkə futbolu





