Mahir "Rakuv"da 7-ci qolunu vurdu

27.11.2026 23:11
Dünya futbolu / Manşet
Mahir Emreli “Rakuv”un heyətində fərqlənsə də, komandası “Pyast”la oyunda məğlub olub.

"Football-plus.az" xəbər verir ki, Polşa çempionatının 16-cı turunda keçirilən qarşılaşma “Rakuv”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

İlk hissədə iki cavabsız qol buraxan meydan sahibləri 59-cu dəqiqədə Emreli sayəsində fərqi azaldıblar. Lakin qalan vaxtda hesabı bərabərləşdirə bilməyiblər.

Start heyətində meydana çıxan 29 yaşlı hücumçu 77-ci dəqiqədə əvəzlənib.

Bu, Emrelinin “Rakuv”un heyətində bütün turnirlərdə 7-ci qolu olub.

"Rakuv" 15 xalla 13-cü pillədə qərarlaşıb.