Almaniya çempionatında ötən ilin dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Bundesliqada keçirilən sorğuda Florian Virts qalib gəlib.
Turnirin rəsmi saytının yaydığı xəbərə görə, “Bayer-04”ün yarımmüdafiəçisi ötən ilin son ayındakı göstəriciləri ilə bütün həmkarlarını arxada qoyub. O, futbolçular arasında keçirilən səsvermədə komanda yoldaşları Alexandro Qrimaldo ilə Ceremi Frimponqu, həmçinin “Bavariya”nın hücumçusu Harri Keyni qabaqlayıb.
Xatırladaq ki, Virts dekabrda bundesliqada meydana çıxdığı 4 matçda 2 qol vurmuş və 2 məhsuldar ötürmə etmişdi. 20 yaşlı Florian karyerasında ilk dəfə məlum nominasiyanın qalibi olub.