Matçın ən yaxşı oyunçusu seçildi

3.07.2024 16:07 280
Dünya futbolu
AÇ-2024-ün 1/8 finalının Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu müəyyənləşib.

UEFA-nın mətbuat xidmətinin yaydığı xəbərə görə, Niderland yığmasının hücumçusu Kodi Qakpo oyunun ən yaxşı iştirakçısı adına layiq görülüb.
O, komandasının 3:0 hesablı qələbəsində 1 qol və məhsuldar ötürmə ilə rol oynayıb.

Kodinin qitə çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurduğunu da qeyd edək.