Dominik Kalvert-Lüin klubundan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, o, “Lids” ilə müqaviləsinin müddətini 2,5 illiyə artırıb. Deməli, ingilis hücumçu bu komandada 2029-cu ilin yayına qədər oynamaq hüququ qazanıb.
Dominik “Lids”ə 2025-ci ilin yayında azad agent kimi gəlib. O, bu mövsüm ağ formada meydana çıxdığı 13 oyunda 6 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.
Ağ formanı daha iki il yarım geyəcək
Dünya futbolu





