Dekabrda hamını arxada qoydu

18.01.2024 12:37 196
Dünya futbolu
Fransa çempionatında ötən ilin dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Liqa 1-də keçirilən sorğuda Pyer-Emerik Obameyanq qalib gəlib.

Turnirin rəsmi saytının yaydığı xəbərə görə, “Marsel”in hücumçusu ötən ilin son ayındakı göstəriciləri ilə bütün həmkarlarını arxada qoyub. O, futbolçular arasında keçirilən səsvermədə PSJ-in hücumçusu Kilian Mbappe ilə “Lion”un eyni ampluada çıxış edən oyunçusu Aleksandr Lyakazetti qabaqlayıb.
Xatırladaq ki, qabonlu futbolçu dekabrda Liqa 1-də meydana çıxdığı 5 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. 35 yaşlı Pyer-Emerik Fransa karyerasında 4-cü dəfə məlum nominasiyanın qalibi olub.