2028-ci il idi, müddəti 2031-dək uzatdı

27.11.2026 20:37
Dünya futbolu
Karlos Auqusto hazırkı komandasında daha uzun müddət oynayacaq.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi “İnter” ilə yeni müqavilə imzalayıb. İtaliya klubunun mətbuat xidmətinin xəbərinə görə, braziliyalı futbolçu ilə anlaşmanın müddəti 2031-ci il iyunun 30-dək uzadılıb. Onun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

“İnter”də 2024-cü ildən çıxış edən Auqusto cari mövsümdə A seriyasında keçirdiyi 10 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.