“Duş məsələsi ilə bağlı hansısa narazılıqla qarşılaşmamışıq” – BOS-un qazonu quru olub?

27.11.2026 23:54
Avrokuboklar
“Sabah” – “Barselona” oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyünün durumu müzakirə mövzusuna çevrilib. Kataloniya klubunun bəzi futbolçuları meydanın durumundan narazılıqlarını dilə gətiriblər. Belə ki, Qavi İspaniya mətbuatına ot örtüyünün quru olmasından şikayətlənib. Qabriel Jezus da meydanın vəziyyətinin yaxşı olmadığını bildirib. Həmin gün Bakıya yağdığını nəzərə alsaq, belə iddialar maraq doğurur. Xatırlayırsızda, “Sabah” “Borussiya”nı qəbul edərkən dortmundlular da stadionda duş almamış, suda virusun olmasıyla bağlı şübhələrini bölüşmüşdlər.

Bəs qazonun durumu, həqiqətən də, futbolçuların narazılığına səbəb olacaq səviyyədə idimi? Ot örtüyü necə quru olma bilərdi? Bu dəfə duşla bağlı problem yaranmadı ki?

“Football-plus.az” bu məqamlarla bağlı Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin müdiri Firuz Abdullanın fikrini öyrənib:

“Sözün açığı, mən bu fikirlərlə tanış deyiləm. Amma birinci sualın özündə həm də cavab var, həmin gün hava yağmurlu olduğu üçün qazonun quru olması barədə fikir səslənibsə də belə, ən azı, həqiqətə yaxın fikir olmadığı dəqiqdi. Duş məsələsi ilə bağlı hansısa narazılıqla qarşılaşmamışıq”.

İSRAYIL XEYRULLAYEV