Daha öncə Vedat Muriqini heyətinə qatan ''Fənərbaxça'' növbəti transferi açıqlayıb.
İstanbul nəhəngi heyətini ''Mançester Siti'' və Niderland yığmasının üzvü Natan Ake ilə gücləndirib. Klubdan verilən açıqlamada təcrübəli futbolçu ilə müqavilə imzalandığı qeyd olunub. Amma müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib. DÇ-2026-da iştirak edən Ake xüsusi icazənin bitməsinin ardından Avstriya toplanışının ikinci hissəsində komandanın düşərgəsinə qoşulacaq.
Türkiyə mətbuatının yazdığına inansaq, bu transfer ''Fənər''ə 7 milyon avroya başa gəlib. Müqavilədə maksimum 1,5 milyon avroluq bonuslar da mövcuddu. Ulduzu ''Bornmut''da parlayan və 2020-dən bu yana ''Mançester Siti''nin şərəfini qoruyan solaxay futbolçu həm müdafiənin solunda, həm də mərkəzində oynamağı bacarır.
Ake 6 illik ''Siti'' macərasını 1 ÇL, 4 premyer-liqa çempionluğu olmaqla 12 titulla tamamladı. Ötən mövsüm 32 rəsmi oyuna çıxaraq aktivinə məhsuldar hərəkət yazmayan 31 yaşlı futbolçu Niderland yığmasında isə 65 oyun keçirib.