Cəlalın komandası xal itirdi

1.11.2026 21:59 18
Dünya futbolu
Rumıniya superliqasında 14-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda ÇFR ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Cəlal da bu matçda iştirak edib. 23 yaşlı mərkəz müdafiəçisi 64-cü dəqiqədə meydana daxil olub.

“Petrolul” 24 xalla 4-cü pillədə qərarlaşıb.