• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"

Avrokuboklar / Manşet

Bu gün, 10:49

Avrokuboklarda yeni mövsümün həyəcanının başlanmasına sayılı günlər qaldı. Məlum olduğu kimi, iyulun 7-də “Sabah” – “Nyu Seynts”, 8-də “Zirə” – “Torpedo”, 9-da “Qarabağ” – “Vestri” matçlarına şahidlik edəcəyik.

Qarşıdan gələn “futbol ili”nə Avstriyanın Tirol bölgəsində hazırlaşan “Sabah”la “Qarabağ” da təlim-məşq toplanışının əsas mərhələsini başa vurub, Türkiyənin Bolu şəhərində olan “Zirə” də. Bəs, rəqiblərin düşərgələrində durum nə yerdədi?

“Nyu Seynts” “Sabah”ın üç təhlükəli futbolçusundan yazdı
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “müqəddəslər” qəzetimizin çap olunmadığını günlərdə nə transfer edib, nə də yoxlama oyunu keçirib. Ancaq Uels təmsilçisinin rəsmi saytında “bayquşlar”la bağlı geniş yazı dərc olunub. Yazıda Masazır təmsilçisinin yarandığı gündən bəri keçdiyi yoldan bəhs edilib. Klubun tarixinə, qazandığı uğurlara, sisteminə toxunulub, rəqiblər üçün ciddi təhlükə sayılan futbolçulardan söz açılıb. Yazının əsas şəkil bölməsinə “Sabah”ın çempionluğu qeyd edərkən çəkilən foto əlavə olunub. Sizi həmin məqalənin önəmli məqamlarıyla tanış edirik: “Sabah” 2017-ci ildə təsis edilməsinə baxmayaraq, investisiyalar, iddialı oyunçuların transferi və ölkə daxilində əldə olunan uğurlar sayəsində Azərbaycanın aparıcı klublarından biri kimi özünü təsdiqləyib. Başa çatan mövsümdə “qızıl dubl” edən komanda “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub. Böyük maliyyə dayaqları olan klub Azərbaycanın ən güclü heyətini qurub. “Sabah” yalnız cari yay “transfer pəncərəsi”ndə təxminən 950 min avro xərcləyib. Komandanın son dörd mövsümdəki transfer xərcləri 4,4 milyon avro olub. Yəni “Nyu Seynts” təkcə çempionla yox, həm də Avropa səhnəsində müntəzəm yarışmaq gücündə olan komanda ilə qarşılaşacaq. Litvalı Valdas Dambrauskasın zəngin təcrübəsi “Sabah”ın taktiki çevikliyini və strukturlaşdırılmış hücum oyununu böyük ölçüdə yaxşılaşdırıb. Rəqib hazırda Azərbaycanın ən mütəşəkkil heyətinə malikdi. Təsəvvür edin, hücumçuları mövqelərini tez-tez dəyişir, cinah müdafiəçiləri daim hücumlara dəstək verir. Onlar həm də sürətli əks-hücum qabiliyyətinə malikdilər. Rəqibin ən təhlükəli futbolçusu Coy-Lens Mikelsdi. Almaniyalı həm mərkəzdən, həm də cinahlardan hücum edə bilir. Müdafiə xəttinin arxası onun ən təhlükəli olduğu mövqedi. Aaron Maluda sürətli və yaradıcıdı. Florent Maludanın oğlu hər iki ayağı ilə rahatlıqla müdafiəçiləri məğlub edir və hücum imkanları yaratmaq üçün tez-tez mərkəzi zonalara irəliləyir. Timoteuş Puxaç hücumları irəli qaçışlarla dəstəkləyir və cərimə meydançasına keyfiyyətli ötürmələr edir. O, “Sabah”ın əsas standart vəziyyətlərində iş başında olur. Hər halda, bu rəqiblə ilk dəfə qarşılaşacağıq. Bu o deməkdi ki, Avropa səyahətimizə daha bir səhifə əlavə olunacaq”.
“Vestri” sabah meydana çıxacaq
“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri”ylə bağlı hansısa yenilik yoxdu. İslandiya təmsilçisi ölkə çempionatının 12-ci turunda “Qrindavik”ə qarşı keçirəcəyi oyuna hazırlaşır. Bu qarşılaşma bu gün keçiriləcək. Növbəti oyun isə artıq “Qarabağ”a qarşı olacaq.
“Torpedo” Superkobuk qazandı
“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Torpedo” srağagün Gürcüstan Superkuboku uğrunda final oyununa çıxıb. Həlledici matçda “İberiya” ilə qarşılaşan Kutaisi təmsilçisi matçın qalibi olub. Yarımfinalda kubokun sonuncu qalibi “Dila”nı məğlub edən (1:0) komanda əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün penalti seriyasında qələbə qazanıb (6:5). Maraq üçün rəqibin 83-cü dəqiqədə azlıqda qaldığını da qeyd edək. “Torpedo”nun baş məşqçisi Dirk Şuster bu qarşılaşmada aşağıdakı futbolçuların xidmətindən yararlanıb: 1. Oto Qoşadze, 4. Matey Simiç, 22. Dato Bukiya, 16. Sori Mane, 2. Varley (6. Muhammed Şerif, 76), 7. Vladimir Mamulaşvili (k), 20. Dino Skorup (35. Dieqo Deysadze, 55), 15. Luka Kuprava, 14. Felipe Pires, 9. Komnen Andriç, 11. Georgi Arabidze (39. Vircil Pirson, 66).
“İberiya”nın ölkə çempionatında 34 xalla liderlik etdiyini, “Torpedo”dan 7 xal öndə olduğunu nəzərə alsaq, Kutaisi təmsilçisi yetərincə önəmli və çətin qələbə qazanıb. Komandanın növbəti oyunu “Zirə”yə qarşı olacaq. Odu ki, bu qələbəni “Zirə” üçün ciddi təhlükə saya bilərik. Çünki Şusterin kollektivi bunun sayəsində yaxşı motivasiya mənbəyi qazandı.
Sonda onu da qeyd edək ki, komandaların ölkəmizə səfər planı hələ açıqlanmayıb. Onların tribunalarda nə qədər azarkeşinin olacağı da bəlli deyil.
KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Aktual

25-06-2026, 15:0

“Sabah”ın rəqibindən böyükhesablı qələbə

Ölkə futbolu

18-06-2026, 21:0

"Sabah" Çempionlar Liqasına hazırlaşır

Aktual / Ölkə futbolu

Dünən, 13:17

"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!

Avrokuboklar / Aktual

25-06-2026, 17:0

“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?

Ölkə futbolu

22-06-2026, 11:0

"Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi

Avrokuboklar

26-06-2026, 20:0

"Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri

Aktual
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
Son xəbərlər
  • Bu gün, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Bu gün, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Bu gün, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
  • Bu gün, 10:31
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:00
    BFK FİFA-ya etiraz etdi - DÇ-nin ŞİKAYƏTİ
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
  • Dünən, 22:29
    Növbəti oyunu buraxacaq
  • Dünən, 22:00
    Mareska “Etihad”a qayıtdı
  • Dünən, 21:31
    "Zirə"dən növbəti transfer
  • Dünən, 21:00
    "Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
  • Dünən, 20:24
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:57
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:26
    İstefası qaçılmaz oldu
  • Dünən, 18:55
    “Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
  • Dünən, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Dünən, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Dünən, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Dünən, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
  • Dünən, 15:46
    “Kəpəz”ə yeni rəhbər seçildi
  • Dünən, 15:22
    Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 14:51
    Amaniyaya qayıtdı
  • Dünən, 14:20
    ''Beşiktaş'' ilk transferini rəsmiləşdirdi
  • Dünən, 13:59
    AÇ-nin kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
  • Dünən, 13:38
    ''Beşiktaş'' yayın ilk yoxlama oyununda qalib gəldi
  • Dünən, 13:17
    "Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
  • Dünən, 12:59
    "Şəfa" yeni mövsüm üçün hazırlığa başladı
  • Dünən, 12:25
    Türkiyəli futbolçu Şimali Makedoniya yığmasında oynayacaq
  • Dünən, 11:54
    Portuqaliya İspaniyaya rəqib oldu - FİFA sayılmayan qol ilə bağlı açıqlama verdi
  • Dünən, 11:23
    Emil daha iki il "Sumqayıt"da
Daha çox
Oxunub: 316
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 238
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 208
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə