“Sumqayıt” Futbol Akademiyasının rəhbəri Azərbaycanı tərk etdi - ÖZƏL

25.08.2022 13:16 884
Premyer-liqa / Manşet
“Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal iki gün əvvəl Azərbaycanı tərk edərək Türkiyəyə yollanıb.

Bu haqda bilgini klubun mətbuat katibi Rəşad Məmmədovdan aldıq.

Rəşad bəy “Football-plus.az” saytına açıqlamasında Sünalın qardaş ölkəyə səfərinin məqsədini açıqladı:

“Bildiyiniz kimi, Hakan bəy PRO kateqoriyası üçün kusrlara qatılıb. Bu modulda məşqçilər hansısa əcnəbi klubun düşərgəsində təcrübə keçməlidi. Bu səbəbdən 41 yaşlı mütəxəssis Türkiyəyə yollanıb. Hakan bəy bir həftə “Kayserispor”un düşərgəsində olacaq”.


RƏŞAD