Football-plus.az xəbər verir ki, söhbət Sənan Qurbanovla hazırda "Şamaxı"nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi olan Zaur İsmayılovdan gedir. Onlara diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim edib.
Sənan Qurbanov və Zaur İsmayılovla yanaşı, "Sumqayıt"ın akademiyasının direktoru Hakan Sünal da imtahan verməliydi. Lakin əldə etdiyimiz məlumata görə, mütəxəssis imtahana girməkdən imtina edib. Bunun səbəbini öyrənmək üçün Hakan bəyə müraciət etdik:
"Bildiyiniz kimi, bizim süni meydança dəyişdirilir. Məhz bu səbəbdən imtahana girməkdən imtina etdim. Ona görə də PRO imtahanını yanvarda verəcəm. Onu istədiyim zamana sala bilərdim. Konkret tarix yoxdu. Bir məşq keçirilir. Lakin bunu 1 il ərzində etməlisən. Mən də əslində indi edəcəkdim. Lakin bizim stadion təmirə bağlandı, bu səbəbdən yanvara ertələdim. Yanvarda, inşallah, imtahanı “Kapital Bank Arena”da verəcəm”.
ŞAİR ABULLA



