Roman Qriqorçukun “Neftçi”nin baş məşqçisi postundan ayrılmasının ardından gündəmi bu sual zəbt edib: yeni çalışdırıcı əcnəbi olacaq, yoxsa yerli?
Belədə klubun mövzuyla bağlı mövqeyini öyrənməyi lazım bildik. “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a cavabı qısa oldu: