"Milan"ın futbolçusu Rafael Leao karyerasını PSJ-də davam etdirə bilər.
Paris təmsilçisi 23 yaşlı hücumçu üçün 150 milyon avro ödəməyə hazırdı. Müqaviləyə əsasən, portuqaliyalı oyunçu yalnız bu məbləğ ödəniləcəyi təqdirdə komandadan ayrıla bilər. Futbolçu ilə "Çelsi" də maraqlanır.
Xatırladaq ki, Leao 2019-cu ildən "Milan"da çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatmalıdı.