Serena Uilyamsın sabiq, Simona Halepin indiki məşqçisi Patrik Muratoğlu müasir tennisin üç nəhəng simasını – Rocer Federeri, Rafael Nadalı və Novak Cokoviçi müqayisə edib, onların bir-birindən nə ilə fərqlənməsi haqda danışıb:
“Bu tennisçilərin üçü də əsas vacib keyfiyyətlərə malikdi, ancaq hər biri də müəyyən sahələrdə başqalarından güclüdü. Üçü də tennisi sevir, ancaq bəlkə də Rocerdə bu hiss başqalarından çoxdu. O, bütün karyerası boyunca tennislə nəfəs alıb, yaşayıb. Rafa kortda savaşmağı sevir, hər xal uğrunda amansız mübarizə aparır, bu mənada tayı-bərabəri yoxdu. Novak dominantlıq etmək, həmişə hamıdan üstün olmaq istəyir. Bütün həyatı boyunca bu arzu onun üçün hərəkətverici güc olub. Düşünürəm ki, Cokoviç məhz bu baxımdam Federerlə Nadalı üstələyir”.
"Football-plus.az" xəbər verir ki, 36 yaşlı Cokoviç “Böyük dəbilqə” turnirlərində qələbə sayına (24) görə mütləq rekordçudu. 37 yaşlı Nadal karyerası boyunca 22 “Böyük dəbilqə” qazanıb. Karyerasını ötən il bitirən 42 yaşlı Federerin hesabında isə 20 belə titul var.