Cokoviç tarix yazmaqda davam edir

7.11.2023 17:53 241
İdman
Parisdə keçirilən “Masters” seriyalı turnir bazar günü başa çatıb.

"Football-plus.az" xəbər verir ki, serbiyalı tennisçi Novak Cokoviç finalda bolqarıstanlı Qriqor Dimitrovu çətinlik çəkmədən məğlub edib. Oyun 1 saat 38 dəqiqə çəkib. 36 yaşlı serbiyalı karyerasında 40-cı dəfə “Masters” seriyalı turnirin qalibi olub. Cokoviç ümumilikdə ATP bayrağı altında keçirilən turnirlərdə 97 titul qazanıb.

final
Novak Cokoviç (Serbiya, 1) – Qriqor Dimitrov (Bolqarıstan) 6:4, 6:3