"Football-plus.az" xəbər verir ki, o, aprelin 7-də ATP reytinqində lider olan ən yaşlı tennisçiyə çevrilib. Serb ulduz həmin gün 36 yaş 321 günlük idi. Cokoviç karyerasını 2022-ci ildə başa vuran isveçrəli Rocer Federerin bu göstəricidəki rekordunu yeniləyib.
Dünya reytinqinə ilk dəfə 2011-ci ilin iyulunda başçılıq edən Cokoviç dünyanın birinci raketkası kimi bitirdiyi mövsüm sayına (8) görə rekordçudu. O, həmçinin “Böyük dəbilqə” turnirlərində (24), “Masters” seriyalı turnirlərdə (40) və İllik yekun turnirində (7) qələbə sayına görə dünyada hamını qabaqlayır.
Novak bu arada ispaniyalı həmkarı Rafael Nadalın son böyük turnirlərdə görünməməsi haqda da danışıb:
“Bizim idman növü üçün Rafanın korta çıxması vacibdi. Özü də karyerasında sonuncu ola biləcəyini dediyi bu ildə. Təəssüf ki, mövsümün əvvəlindən bəri yarışlara qatılmır. O, bu idman növünün əfsanəsidi. Tennis fanatı kimi ümid edirəm ki, Rafa “Rolan Qarros”da sevimli qrunt örtüyünə çıxa biləcək”.
Xatırladaq ki, Fransa Açıq Çempionatı 20 may – 9 iyun aralığında keçiriləcək. “Böyük dəbilqə” turirlərinin 22 qat qalibi olan Nadal bu mövsüm yalnız Brisbendə çıxış edib, onda da 1/4 finalda avstraliyalı Cordan Tompsona uduzub. 37 yaşlı Nadal indiqə qədər “Rolan Qarros”u hamıdan çox – 14 dəfə qazanıb.






