Yayda işini itirə bilər

16.04.2026 22:56 39
Dünya futbolu
Yayda “Çelsi”də baş məşqçi dəyişikliyi baş verə bilər.

"Football-plus.az" xəbər verir ki, “Ekip” nəşrinin məlumatına görə, komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Liam Rosenyor istefaya göndəriləcək.

“Çelsi”hazırda ölkə çempionatında 6-cı yeri tutur. Artıq premyer-liqanın 5-ci yeri də nüfuzlu turnirə vəsiqəni təmin edən mövqeyə çevrilib. Belə ki, 2025/26 mövsümü üzrə ən yaxşı klub əmsalına malik iki ölkədən biri olacağı qətiləşən İngiltərə qitənin bir nömrəli klub turnirinə əlavə vəsiqə əldə edib.

“Çelsi” növbəti turda “Mançester Yunayted” ilə qarşılaşacaq.