“Çelsi”dən hansı oyunçular gedəcəklər?

6.05.2023 17:37 308
Dünya futbolu
Bu yay “Çelsi” azı 7 futbolçunu satışa çıxaracaq.

"Football-plus.az" xəbər verir ki, London klubu Ruben Loftus-Çik, Kalidu Kulibali, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Hakim Ziyeş və Eduar Mendini satmağa hazırdı. Bundan başqa, Konor Qallaher və Meyson Mauntun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda premyer-liqada 33 oyundan sonra 39 xalla 12-ci yeri tutur. “Çelsi” artıq Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq  şanslarını itirib. Bu səbəbdən yayda heyətdə ciddi dəyişikliklər edilməsi planlaşdırılır.