Misli premyer-liqasının 11-ci turunda "Neftçi" ilə matçdan sonra istirahətə buraxılan "Kəpəz" futbolçuları bu gün bir araya gəliblər.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında keçirilən məşq prosesində bir neçə futbolçu iştirak etməyib.
Namik Ələskərov əsas millimizin, Viktor Stina Moldova yığmasının, Şahnur İsmayılov isə U-20 millimizin düşərgəsindədi.
Bundan başqa, zədələrini tam sağaltmayan David Domgjoni və Azuma Abubakar, eləcə də diz nahiyəsində ağrılar hiss edən Adama Fofana da məşqə qatılmayıb.
Sabahdan etibarən məşqləri intensivləşdirəcək "sarı-göylər" noyabrın 14-də 1-ci liqa təmsilçisi "Gəncəbasar"la yoxlama görüşündə qüvvəsini sınayacaq.
6 futbolçu "Kəpəz"in məşqində iştirak etmədi
Ölkə futbolu





