Mourinyo Çempionlar Liqasına vəsiqə qazana bilməsə...

4.03.2023 16:52 274
Dünya futbolu
Joze Mourinyo cari mövsümünün sonunda “Roma”nı tərk edə bilər.

“La Gazzetta dello Sport”un məlumatına görə, komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub rəhbərliyi 60 yaşlı mütəxəssisi istefaya göndərəcək.

"Football-plus.az" xəbər verir ki, “Roma” 24 turdan sonra A seriyasında 5-ci yeri tutur. ÇL-ə vəsiqə qazanmaq üçün mövsümü ilk 4 yerdən birində başa vurmaq tələb olunur.

Maraq üçün qeyd edək ki, “Roma” sonuncu dəfə bu turnirdə 2018/19 mövsümündə iştirak edib.

Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Portuqaliyalı çalışdırıcı 2021-ci ilin yayından paytaxt komandasının baş məşqçisidi.