“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə bağlı yayılan şayiələrə reaksiya verib.
"Football-plus.az" xəbər verir ki, London klubunun rəhbərliyi 51 yaşlı mütəxəssisə dəstək olduğunu bildirib. Rəsmi məlumatda Poçettinoya güvənildiyi və nəticələrin tezliklə yaxşılaşacağına ümid edildiyi vurğulanıb. Xatırladaq ki, Poçettino baş məşqçi vəzifəsinə iyulda təyin olunub.
“Çelsi” hazırda İngiltərə premyer-liqasında keçirdiyi 6 matçda topladığı 5 xalla 15-ci yeri tutur.