Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
"Turan" Çempionlar Liqasının qrup mərhələsində!
İdman





