"Sabah" "Trabzonspor"u məğlub etdi

10.11.2026 22:16 0
İdman
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Türkiyə “Trabzonspor”unu məğlub edib.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada rəqibini 91:72 hesabı ilə üstələyib.

“Sabah” ikinci qələbəsi sayəsində xallarının sayını 6-ya çatdırıb.

Xatırladaq ki, komandalar arasında oktyabrın 14-də Trabzonda keçirilən ilk görüşdə “Trabzonspor” “Sabah”ı məğlub edib - 100:83.

Xatırladaq ki, A qrupunun qalibi birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə pley-in mərhələsində mübarizəni davam etdirəcək.