Məhəmməd Salahın səhhəti ilə bağlı yeni xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının “Qalatasaray” ilə oyununda (4:0) sıradan çıxan futbolçunun zədəsi ciddidi.
Məhəmməd azı iki həftə oynaya bilməyəcək. Təcrübəli hücumçu “Liverpul”a premyer-liqanın “Brayton”la matçında, həmçinin Misir yığmasına qarşıdakı iki yoldaşlıq oyununda kömək edə bilməyəcək. Bu məlumatı jurnalistlərə “Liverpul”u çalışdıran Arne Slot açıqlayıb.
Salah bu mövsüm İngiltərə çempionatında 22 oyuna 5 qol vurub.