Məhəmməd Salah Misir yığmasına çağrılmayıb.
“Liverpul”un hücumçusu milli komandanın qarşıdakı oyunlarında iştirak etməyəcək.
“The Guardian” qəzetinin yaydığı xəbərə görə, buna səbəb Salahın zədəsini yenicə sağaltmasıdı. O, buna görə premyer-liqanın son turunun “Mançester Siti” ilə keçirilən oyununda (1:1) meydana yalnız 61-ci dəqiqədə çıxıb. Məhəmməd bu liqanın cari mövsümündə 22 oyuna 15 qol vurub. Onun daha əvvəl Afrika Millətlər Kubokunun Qana ilə oyununda (2:2) zədələndiyini də xatırladaq.
Misir millisi martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunis ilə qarşılaşacaq.