Salah Afrikadan İngiltərəyə qayıdır

23.01.2024 14:37 371
Dünya futbolu
Məhəmməd Salah Misir yığmanın düşərgəsini tərk edəcək. Bu, onun zədələnməsi ilə bağlıdı.

Bunu “Liverpul”un baş məşqçisi Yürgen Klopp İngilərə mətbuatına açıqlamsında bildirib. O, Salahın zədəsini sağaldana qədər klubun düşərgəsində olacağını bildirib: 

“Salah bərpa prosesini “Liverpul”da keçməyi planlaşdırır. O, Afrika Millətlər Kubokunun finalına qədər hazır olsa, yəqin ki, yığmaya qayıdacaq”.

Qeyd edək ki, Məhəmməd qitə çempionatının qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnib. Onun belindən zədə aldığı və turnirin azı iki oyununu buraxacağı bildirilir. Başqa sözlə, Misir yığması 1/8 finala çıxacağı halda, futbolçu bu mərhələdə komandaya kömək edə bilməyəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul