ÇL-də hamını arxada qoydu

13.03.2026 14:15 32
Dünya futbolu
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi “Real”ın yarımmüdafiəçisi Federiko Valverde olub. Uruqvaylı futbolçu komandasının “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda het-trik edib.

Valverde UEFA-nın saytında keçirilən səsvermədə Xulian Alvares (Atletiko), Xviça Kvaratsxeliya (PSJ) və Maykl Oliseni (Bavariya) arxada qoyub.