ÇL-də het-trik etdi, hamını arxada qoydu

25.02.2025 12:51 262
Dünya futbolu
Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu nominasiyanın qalibi Kilian Mbappe olub.

"Football-plus.az" xəbər verir ki, “Real”ın 26 yaşlı hücumçusu azarkeşlər arasında keçirilən sorğuda Vitinya (PSJ), Noa Lanq (PSV) və Orkun Kökçünü (Benfika) qabaqlayıb. Fransalı futbolçu “Mançester Siti” ilə 3:1 hesabıyla nəticələnən oyunda 3 qol vurmuşdu.

Mbappenin ÇL-in cari mövsümündə meydana çıxdığı 10 matçda 7 qol vurub 1 məhsuldar ötürmə verdiyini də xatırladaq.