Valverde hamını arxada qoydu

22.04.2023 14:21 328
Çempionlar Liqası
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Federiko Valverde qalib gəlib.

UEFA-nın saytında keçirilən səsvermədə “Real”ın yarımmüdafiəçisi 1-ci yeri tutub. O, Rafael Leao (Milan), Kevin De Bruyne (Mançester Siti) və Lautaro Martinesi (İnter) qabaqlayıb.

Qeyd edək ki, Valverde Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə cavab oyununda (2:0) məhsuldar ötürmə etmişdi.