• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qəbul edirik ki, qış ayları olduğu üçün Qubadakı stadionun qazonu yaxşı vəziyyətdə deyil, amma..." - Elxan Səmədov

Ölkə futbolu / Manşet

16-02-2026, 13:0

“Peşəkar Futbol Liqasının qəbul etdiyi hər qərarın əsasları var. Ümumiyyətlə, “İmişli” niyə Quba Olimpiya İdman Kompleksinin stadionunda oynayır?” sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdı".

Bu sözləri "Football-plus.az"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib. O, "İmişli"nin ev oyunlarını Qubada keçirməsinin səbəbləri haqda danışıb.

“İmişli” premyer-liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar İmişli şəhər stadionunda oynayacaqlarını deyib və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki “İmişli”, hətta premyer-liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial premyer-liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib. “İmişli”nin rəhbərliyi tərəfindən İmişli stadionunun premyer-liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsinin səbəbi ictimaiyyətə açıqlanıb. Prosesə yanaşma baxımından PFL eyni addımları “Karvan”dan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər stadionda premyer-liqa standartlarına uyğunluq baxımından xeyli problem yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. “Karvan”ın stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik. Bu gün Yevlax təmsilçisi hətta “Kəpəz”in də istifadəsinə imkan yaradıb dəstək olacaq məkana sahibdi. Ümumilikdə premyer-liqanın startı ərəfəsində stadionlarla bağlı durum fərqli idi. Belə ki, Qəbələ şəhər stadionundan “Kəpəz”, Şamaxı şəhər stadionundan "Karvan” da istifadə edirdi. “Bayıl Arena” premyer-liqa üçün qəbul olunmadığına, “Kapital Bank Arena”nın qazonu isə hazır olmadığına görə “İmişli” Qubaya üz tutdu. Amma burda ilkin təftiş zamanı xeyli problem aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan çatışmazlıqlar daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə “İmişli” iki oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Qubada oynamaq icazəsi verildi. Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Qubadakı stadionun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə və sonra qazonun nisbətən hazır olması üçün çalışırıq. Bu stadionda premyer-liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb".

Elxan bəydən “Hazırda klubun başqa stadionda oynamaq şansları necədi?” sualına da cavab xahiş etdik:

"Bu məsələ təhlil olunmalıdı. Peşəkar Futbol Liqası öz növbəsində “İmişli”nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq.”

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-08-2025, 13:0

AFFA və PFL-dən "İmişli" ilə bağlı vacib qərar

Ölkə futbolu

21-08-2025, 15:0

“İmişli” Quba stadionunda təmir işlərinə başladı

Ölkə futbolu

31-08-2025, 13:0

"İmişli" "Sumqayıt"ı Qubada qəbul edəcək

Ölkə futbolu / Aktual

10-09-2025, 14:0

“İmişli” Qubada oynayacaqmı? - PFL-dən yekun qərar!

Ölkə futbolu / Manşet

2-04-2025, 00:0

Premyer-liqaya iddialı "İmişli" bu addımı atmağa məcbur oldu - ot örtüyü üzündən...

Aktual / Ölkə futbolu

24-08-2025, 10:0

“İmişli” sentyabrın 14-də harda oynayacaq?

Aktual
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Son xəbərlər
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:27
    "Sabah" və "Zirə"dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:21
    "David Sezarın zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 14:06
    “Formula-1” İstanbula dönür!
  • Dünən, 13:43
    Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
  • Dünən, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Dünən, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Dünən, 12:42
    Lebron yenə tarix yazdı
  • Dünən, 12:11
    Nərimanın komandası uduzdu
  • Dünən, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Dünən, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Dünən, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Dünən, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • 2-05-2026, 23:0
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • 2-05-2026, 23:0
    Minifutbol millimiz qələbə qazandı
  • 2-05-2026, 22:0
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • 2-05-2026, 22:0
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
Daha çox
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 147
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 122
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 122
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə