Dünən Türkiyə çempionatında 32-ci turun növbəti oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, 26-cı çempionluğu bayram etməyə hazırlaşan “Qalatasaray” azarkeşləri dərin məyusluqa üzləşib. Belə ki, İstanbul nəhəngi “Samsunspor”la səfər oyununda darmadağın olub – 1:4. Hələ də çempionluq ümidini itirməyən “Fənərbaxça” isə evdə “İstanbul BŞ” üzərində inamlı qələbə qazanıb – 3:1.
İndi “Qalatasaray”la “Fənərbaxça” arasındakı xal fərqi 4-ə bərabərdi. Bəs bu komandaların qarşıdakı oyunlarının təqvimi necədi?
33-cü turun oyunları mayın 9-da keçiriləcək. “Qalatasaray” həmin gün inadla elitada yerini qorumağa çalışan “Antalyaspor”u qəbul edəcək. “Fənərbaxça” isə həmin gün ortabablardan “Konyaspor”un qonağı olacaq.
34-cü turun oyunları isə mayın 17-də keçiriləcək: “Kasımpaşa” – “Qalatasaray”, “Fənərbaxça” – “Eyüpspor”.