“Sabah”ın basketbol komandası da çempionluğa gedir

2.05.2026 23:50 24
İdman
Kişi basketbolçular arasında ölkə çempionatında bu gün final seriyasının 2-ci oyunu keçirilib.

“Sabah” “Abşeron Layons” üzərində inamlı qələbə qazanıb. Bu komandaların ilk oyununda hesab arasındakı fərq 6 xala (98:93) bərabər olmuşdusa, bu dəfə “bayquşlar” əzici üstünlüklə qalib gəlib.

Abşeron Layons – Sabah 84:112 (19:35, 20:22, 23:26, 22:29)
Seriyada hesab – 0:2.

“Sabah” mayın 5-də keçiriləcək 3-cü oyunda da qalib gələrsə, növbəti çempionluğu rəsmiləşdirəcək.