"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - RƏSMİ

24.01.2026 23:58
Ölkə futbolu
"Turan Tovuz" İngiltərə "Aston Villa"sının yetirməsi olan Coş Cinnellini transfer edib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı hücumçu ilə "1,5+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyib. Karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.