"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, klub Alexandro Qarsiya Serranonu rənglərinə bağlayıb. 28 yaşlı ispaniyalı futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb. "Sportinq Xixon"un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.
"Turan Tovuz"dan yeni transfer
Premyer-liqa





