“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.
Bundesliqa təmsilçisi Norveç yığmasının qapıçısı Oryan Nilandı heyətinə cəlb edib. 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyununa qədər olan müqavilə imzalanıb. Xatırladaq ki, “Leyptsiq”in əsas qapıçısı Peter Qulaçi bir neçə gün əvvəl ağır zədə alıb. Onun ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağı proqnozlaşdırılır. Bu üzdən bundesliqa təmsilçisi yeni qapıçı transfer etmək məcburiyyətində qalıb. Niland sonuncu dəfə “Ridinq”in formasını geyib. O, bu il iyulun 1-də İngiltərə klubundan ayrılandan bəri azad agent statusu daşıyırdı.
Qapıçı karyerası ərzində “Bornmut”, “Aston Villa”, “İnqolştadt”, “Molde” və “Hodd” klublarının da formasını geyib, Norveç yığmasında 40 oyuna çıxıb.
"Leyptsiq"dən yeni transfer
Dünya futbolu



