“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
“Football-plus.az” xəbər verir ki, Bruno Qonçalves Do Prado qərblilərin heyətinə qoşulub. 27 yaşlı braziliyalı futbolçu ilə 1 illik rəsmi müqavilə bağlanıb. Son olaraq Portuqaliya təmsilçisi “Leişoeş”də forma geyinən müdafiəçi daha öncə “Aruka” (Portuqaliya), “Villa Nova” və “Bahia” klublarının da şərəfini qoruyub.