"Zenit"in yetirməsi "Turan Tovuz"da

20.07.2022 17:01 522
Ölkə futbolu
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi Rusiya "Zenit"inin yetirməsi Ayxan Hüseynovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.