Bu gecə Avropa Liqasında əsas mərhələnin 5-ci turunun oyunları keçirilir. Məlum olduğu kimi, turnirdə mübarizəni davam etdirən komandalar arasında “Beşiktaş” da var. Qardaş ölkənin təmsilçisi Batumidə keçirilən və bir qədər əvvəl başa çatan qalmaqallı oyunda “Hapoel”i 2:1 hesabıyla məğlub etməklə xalını 10-a çatdırdı. “Qara qartal”ın birbaşa 1/8 finala çıxmaq şansı yetərincə yüksəkdi. Xatırladaq ki, “Sabah” Çempionlar Liqasında məhz Beer-Şeva “Hapoel”ini məğlub etməklə liqa mərhələsinə yüksəlmişdi.
Bu qələbənin Azərbaycan üçün də əhəmiyyəti böyükdü. İş ondadı ki, UEFA əmsallar cədvəlində ölkəmizdən sonrakı pillədə qərarlaşan İsrail bizdən yalnız 0,062 xal geri qalır. Yəni “Hapoel” bu gün xal qazansaydı, İsrail əmsallar cədvəlində Azərbaycandan önə keçəcəkdi.
“Sabah”ın ÇL-dən qovduğu “Hapoel”i “Beşiktaş” da cəzalandırdı – və İsraillə mübarizədə Azərbaycana yardım etdi!
Aktual / Avropa Liqası





