Oduva rəsmən "Turan Tovuz"da

2.08.2022 16:49 621
Premyer-liqa
"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

Football-plus.az xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub hücumçu Natan Oduvanın keçidini tamamlayıb. 26 yaşlı forvard ilə 1 illik müqavilə bağlanıb.

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.