Martin Detelinov Petkov “Turan Tovuz”da

30.06.2023 21:32 355
Premyer-liqa
Bolqarıstanlı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.


"Football-plus.az" xəbər verir ki, Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub.

O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib.

Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.