“Lill” oyunçusunu PSJ-dən qorudu

10.01.2026 18:54 12
Dünya futbolu
“Lill” 18 yaşlı yetirməsi Ayub Buaddiylə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun rəsmi saytının məlumatına görə, futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki razılaşmanın müddəti isə 2027-ci ilin yayınadək idi.

Bir müddət əvvəl Ayuba PSJ və “Çelsi” maraq göstərirdi.