Madrid klubunda yeni müqavilə

11.08.2025 18:37 3
Dünya futbolu
“Real” rəhbərliyi Qonsalo Torreslə müqaviləni yeniləyib.

Madrid klubunun rəsmi saytının məlumatına görə, 21 yaşlı hücumçu ilə imzalanan yeni müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Torres “Real”ın sisteminə 2014-cü ildə 10 yaşında olarkən qoşulub. O, bu yay Klublararası Dünya Çempionatının 6 oyununda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.